• Azərbaycanda ən iri sığorta - təkrarsığorta görüşü hesab edilən Azərbaycan Beynəlxalq Sığorta Forumu Regionun hüdudları daxilində milli sığorta bazarlarının inkişaf etdirilməsində və təkmilləşdirilməsində son dərəcə əhəmiyyətli irəliləyişi təcəssüm etdirmişdir.
        Forumun ikinci sessiyası Media XPRIMM-nin tərəfdaşlığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təşkil edilmişdir.
        Tədbir Orta Asiyanın, Qafqaz regionunun, Mərkəzi və Şərqi Avropanın, Türkiyənin, Rusiyanın və MDB-nin profil bazarının 150-dən artıq rəhbər işçisini və mütəxəssisini bir araya gətirmiş və Azərbaycan sığorta bazarının potensialına və perspektivlərinə diqqəti cəmləşdirmişdir.
        Forumun gedişində aşağıdakı mövzular nəzərdən keçirilmişdir:

        • Yerli və beynəlxalq sığorta bazarlarının tendensiyaları və perspektivləri;
        • Azərbaycan sığorta bazarının regional kontekstdə nəzərdən keçirilməsi;
        • İcbari avtomobil sığortası proqramlarının inkişaf etdirilməsi;
        • Evlərin icbari kompleks sığortası – fəlakət risklərinin idarə olunmasında milli həll variantı
        • Həyat, bank işi və sığorta və fərdi sığortalanma istiqamətləri – bazarın inkişafı üçün yeni əsaslar;
        • İnkişaf edən bazarlarda həyat sığortası seqmentinin inkişaf etdirilməsi; Banklar və sığorta bazarı ilə əlaqələr;
        • İcbari fərdi sığortalanma (FS) istiqamətləri.

        “2003-cü ildən 2010-cu ilə qədər Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) üç dəfədən çox və əmək haqları dörd dəfədən çox artmışdır, əhalinin adambaşına düşən ÜDM 10,000 ABŞ dollarına çatmışdır” – deyə Azərbaycanın Maliyyə naziri Samir ŞƏRİFOV ABSF-nin (Azərbaycan Beynəlxalq Sığorta Forumunun) açılışında bəyan etdi.
        Həmçinin, ABSF yerli və beynəlxalq bazarlardan olan rəhbər işçilərə və mütəxəssislərə bir yerə toplaşmaq, qarşılıqlı şəkildə fəaliyyət göstərmək və öz layihələrinin inkişaf perspektivlərini açıq şəkildə müzakirə etmək üçün gözəl imkan yaratmışdır. Eyni zamanda, tədbir Yaxın və Orta Şərq və Qafqaz ölkələrinin bu sahədə təcrübə mübadiləsi ilə yanaşı, həmin ölkələrə investisiya qoyuluşu potensialını və üstünlüklərini ön plana çəkmişdir.
        ABSF-in komitələrindən birinin sədri, Romeo CANTYA həmçinin qeyd etmişdir ki: “Biz intellektual inkişaf dəyişikliklərini gözləməməli, artıq hərəkət etməliyik. Müvəffəqiyyətin açarı – agent şəbəkəsinin inkişaf etdirilməsinə və potensial müştərilərə peşəkar yanaşmaya söykənir ki, bunun da sayəsində onlar həyat sığortasının üstünlüklərini başa düşürlər”.

         

        Biz, Azərbaycan Sığortaçılar Assosiasiyası adından, bütün iştirakçılara konfransın işlərində fəal iştirak etdiklərinə görə minnətdarlığımızı bildirmək istərdik və ABSF-2012-də Sizi yeni görməyi səbirsizliklə gözləyirik!